"Fulhem"in hücumçusu Premyer Liqada martın ən yaxşı oyunçusu seçilib

"Fulhem" klubunun hücumçusu Rodriqo Munis İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu seçilib.

“Report” xəbər verir ki, braziliyalı forvard ötən ay Premyer Liqada meydana çıxdığı 4 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Braziliyanın “Flamenqo” klubunun yetirməsi olan Munis 2021-ci ildən “Fulhem”də çıxış edir.