Millimiz finalda!

14 aprel Honqkonqda 3x3 basketbol üzrə “Paris 2024” Olimpiadasına vəsiqə verən ilk təsnifat mərhələsinin yarımfinal oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, 3x3 qadın millimiz ilk yarımfinal oyununda Macarıstan seçməsinə qarşı 21-19 hesabı ilə qalib gələrək, adını finala yazdırıb.

Finaldakı rəqbimiz Polşa-Niderland oyununun qalibi olacaq.

Qeyd edək ki, final görüşü Bakı vaxtı ilə saat 13:35 'də start götürəcək və CBC sport telekanalı vasitəsilə yayımlanacaq