Ukraynaya qoşun göndərən istənilən ölkələrin ərazisinə nüvə zərbəsi endiriləcək.
APA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O bildirib ki, belə olan halda ölkəsinin hədəfində Vaşinqton, London və Paris şəhərləri olacaq. D. Medvedevin qənaətincə bu halda baş verəcək böyük fəlakətə görə Avropa cavabdeh olacaq.
Bİr qədər əvvəl Rusiyanın Müdafiə Nazirliyi yaxın vaxtlarda nüvə silahının da sınaqdan keçirilməsinin nəzərdə tutan təlimlərin başlayacağını açıqlayıb.