Maradonanın kuboku satışa çıxarılıb: 5 milyon dollara...

Dieqo Maradonanın 1986-cı ildə Argentina ilə dünya çempionatında qazandığı və futbol klassikinə çevrilən mükafatı hərraca çıxarılıb. Argentinalı əfsanənin “Qızıl top” mükafatının ən azı 5 milyon dollara satılacağı gözlənilir.
Sherg.az xəbər verir ki, Fransadakı Agüt Hərrac Evi unudulmaz ulduz mükafatını iyun ayında alıcılara təqdim edəcək.
Tangolcuların ilk Dünya Kupası zaferine 5 golle damga vuran Maradona, çeyrek finaldeki İngiltere maçıyla

Tanqolçuların ilk Dünya Kuboku zəfərinə 5 qolla damğa vuran Maradona 1/4 finalda İngiltərə matçı ilə futbol klassikinə daxil olmuşdu.

Ədəbiyyata “Tanrının əli” kimi düşən qolu ilk vuran argentinalı dəqiqələr sonra əsrin qolu seçilən slalomu ilə ingilisləri darmadağın etmişdi.

Maradonanın tarixi matçda geyindiyi forma 7 milyon dollara satılıb.

2020-ci ildə dünyasını dəyişən əfsanənin “Qızıl top” mükafatının ən azı 5 milyon dollara alıcı tapacağı gözlənilir.