Fransa prezidenti Emmanuel Makron mövsümün sonunda PSJ-dən ayrılacağı gözlənilən Kilian Mbappe ilə bağlı açıqlama verib.
Sherg.az xəbər verir ki, Emmanuel Makron, Kilian Mbappenin hansı komandaya transfer olursa olsun ulduz futbolçuya 2024-cü il Paris Olimpiadasında iştirak etmək üçün təzyiq göstərəcəyini bildirib.
"Le Parisien"in xəbərinə görə, PSJ-nin "Tuluza" matçında Kilian Mbappe ilə vida mərasimi keçirəcəyi bildirilirdi.
Kilian Mbappe bu mövsüm PSJ-nin heyətində 46 matçda oynamaq şansı əldə edib. Ulduz futbolçu bu matçlarda 43 qol vurub, 10 məhsuldar ötürmə edib.