Avropa çempionatı: bir qızıl, iki gümüş qazandıq

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Serbiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Paralimpiya Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda türkiyəli rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, İmaməddin Xəlilov ötən il Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında da birinci olmuşdu.

***

Parakarateçilərimiz Emilya Mitlinova və Nihat Məmmədzadə Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar.

Baş məşqçi Rənad Əliyevin yetirmələri sayca 59-cu qitə çempionatını ikinci pillədə başa vurublar.