"Qalatasaray" - "Fənərbaxça" derbisinin hakimi məlum olub

Türkiyə Superliqasının 37-ci turunda çempionun adına aydınlıq gələ bilər.
Mayın 19-u saat 20:00-da lider "Qalatasaray" doğma meydanda "Fənərbaxça"nı qəbul edəcək.
Apasport.az xəbər verir ki, görüşü idarə edəcək hakimin adına aydınlıq gəlib.
Derbi matçında əsas söz sahibi Arda Kardeşler olacaq.

Meydana ən yaxın izləyicisi "Fənərbaxça"dan 6 xal irəlidə çıxacaq "sarı-qırmızılılar"a çempionluq üçün bu görüşdə 1 xal da kifayət edəcək.

Çempionluq şansı möcüzələrə qalan "sarı-lacivərdlilər" isə xoşbəxt sonluq üçün mütləq bu görüşü qalib başa vurmalı, son turda isə rəqibinin səhv etməsini gözləməlidir.