AFFA "Qəbələ" klubuna yüzminlərlə pul ayırdı

AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında "Qəbələ" klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 000 manat maliyyə vəsaitinin ayrılması ilə bağlı qərar qəbul edilib.

Oxu.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu xüsusda "Qəbələ" klubuna dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Qəbələ" 2024/2025 mövsümündə Azərbaycan I Liqasında mübarizə aparacaq.