Quqeşaşvili "Qarabağ"ı tərk edib

“Qarabağ” Gürcüstan millisinin üzvü ilə yollarını ayırıb.

 “Sherg.az” Apasport.az-a istinadən xəbər verir ki, Luka Quqeşaşvili Azərbaycan çempionunu tərk edib.

Gürcüstan millisi ilə AVRO-2024-ün iştirakçısı olan qolkiper karyerasını Yunanıstanda davam etdirəcək. O, “Panserraikos” klubuna transfer edilib. Quqeşaşvili yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, qapıçı 2022-ci ilin əvvəlindən “Qarabağ”ın heyətində idi