İspaniyanın “Vilyarreal” komandasının prezidenti həbs olunub.

İspaniyanın “Vilyarreal” komandasının prezidenti Fernando Roç həbs olunub.
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, buna funksionerin vergi dələduzluğunda adının hallanması səbəb olub. O, 11 ay 28 gün həbs cəzasına məhkum edilib.
F.Roça ilə yanaşı, klubda işləyən daha iki idarəçi də cinayət cəzası alıb.
Məlumata görə, təqsirləndirilən şəxslər komandanın ev stadionunun yenidən qurulması ilə bağlı sənədləri manipulyasiya ediblər.
Dələduzluğun 525 440 avro məbləğində olduğu bildirilib.