Ermənistan-ABŞ birgə təlimlərinə start verilib

Ermənistan-ABŞ birgə təlimlərinə start verilib.
APA xəbər verir ki, “Eagle Partner 2024” adlanan təlimlər Ermənistanda keçirilir.
Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadasının, ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı birliklərinin və Qanzas Milli Qvardiyasının hərbçiləri iştirak edir.
Təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında koordinasiyanın səviyyəsinin yüksəldilməsi, idarəetmə və kommunikasiya sahəsində təcrübə mübadiləsi, o cümlədən Ermənistan hərbçilərinin döyüş hazırlığının artırılmasıdır.