Avropa çempionatının ən yaxşı qolu bəlli oldu

Futbol üzrə İspaniya milli komandasının hücumçusu Lamin Yamalın qolu son Avropa çempionatının ən yaxşısı olaraq seçilib.

Oxu.Az xəbər verir ki, müvafiq reytinq Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) saytında yerləşdirilib.

Yamalın qolu fransızlarla yarımfinal matçında İspaniya yığmasına hesabı bərabərləşdirməyə imkan verib. Matç ispanların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Yamal isə Avropa çempionatında qol vuran ən gənc (16 yaş 362 günlük) oyunçu olub.