"Qarabağ" "Linkoln" səddini keçsə, kimlə qarşılaşacaq?

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.
Sherg.az Oxu.az-a istinadla xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın da növbəti mərhələyə yüksələcəyi təqdirdə mümkün rəqibi bəlli olacaq.

II təsnifat mərhələsi hələ başlamadığı üçün püşkatmada əsasən cütlər iştirak edəcək. "Linkoln" - "Qarabağ" cütü püşk zamanı səpələnmişlər sırasında yer alacaq.

Qurban Qurbanovun yetirmələrini püşkdə 6 mümkün variant gözləyir. Söhbət 12 klubun yer aldığı 6 cütdən gedir.

Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Çempionlar yolu

Səpələnmişlər

"Linkoln" - "Qarabağ" cütünün qalibi

"Ferentsvaroş" - TNS cütünün qalibi

PAOK - "Borats" cütünün qalibi

"Bodo Qlimt" - RFŞ cütünün qalibi

"Selye" - "Slovan" cütünün qalibi

"Styaua" - "Makkabi" (Tel-Əviv) cütünün qalibi

Səpələnməmişlər

"Malmö" - "Klaksvik" cütünün qalibi

"Lüdoqorets" - "Dinamo Minsk" cütünün qalibi

APOEL - "Petrokub" cütünün qalibi

"Panevejis" - "Yagellonya" cütünün qalibi

"Şemrok Rovers" - "Sparta" cütünün qalibi

"Santa Koloma" - "Midtyulland" cütünün qalibi

Səpələnmişlər

"Reyncers"

"Slaviya"

"Zalsburq"

"Lill"

Səpələnməmişlər

"Luqano" - "Fənərbağça" cütünün qalibi

"Dinamo Kiyev" - "Partizan" cütünün qalibi

"Union Sent Jiloaz"

"Tvente"

Qeyd edək ki, bu raundun görüşləri avqustun 6-7-də və 13-də keçiriləcək.