UEFA ÇL: "Qarabağ" "Linkoln"a qarşı

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin görüşlərinə start veriləcək.

Sherg.az Axar.az-a istinadən xəbər verir ki, böyük maraqla gözlənilən görüşdə son Azərbaycan çempionu "Qarabağ" Cəbəllüttariq çempionu "Linkoln"la üz-üzə gələcək.

Gərgin mübarizə vəd edən görüşü İştvan Vadın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

23 iyul

UEFA Çempionlar Liqası ıı təsnifat mərhələsi

"Linkoln" - "Qarabağ"

Saat 20:00, "Victoria Stadium"

Baş Hakim: İştvan Vad.