"Qızıl top" mükafatının sahibi bəlli olub

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi bəlli olub.

 İngiltərənin "Mançester Siti" komandasının ispaniyalı yarımmüdafiəçisi Rodri ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

Qadın futbolunda “Barselona” (İspaniya), kişilərdə isə “Real Madrid” (İspaniya) ilin ən yaxşı klubları adına sahib çıxıblar.

"Real Madrid" komandası mərasimi boykot etdiyi Paris şəhərindəki tədbirdə iştirak etməyib.

Qeyd edək ki, ötən il "Qızıl top"un sahibi ABŞ-ın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi olmuşdu.