"Napoli" icarə əsasında "Qalatasaray"da çıxış edən futbolçusu Viktor Osimheni "Mançester Yunayted"ə satmaq istəyir.
QOL.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İngiltərə klubu nigeriyalı hücumçu ilə maraqlanır. Neapol təmsilçisi isə Mançester komandasının futbolçusu Alexandro Qarnaçonu transfer etmək istəyir. Bu transferin reallaşdığı halda İtaliya klubu 26 yaşlı futbolçusunu "Mançester Yunayted"ə 75 milyon avrodan az məbləğə satmağa hazırdır.
Qeyd edək ki, daha öncə mətbuatda "Napoli"nin Alexandro Qarnaço üçün 60 milyon avro təklif etməsi ilə bağlı xəbərlər yayılmışdı.