ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna münaqişəsinin həlli üçün Krımı Rusiyanın regionu kimi tanımaq imkanlarını araşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Semafor" nəşri məlumat yayıb.
Nəşr hələlik heç bir qərarın verilmədiyini bildirib. Nəzərdən keçirilən variant Ukraynadakı münaqişəyə son qoymaq üçün mümkün addımlardan biridir.