ABŞ Müdafiə Nazirliyi Ermənistana hərbi texnikanın ötürülməsi ehtimalı ilə bağlı RT-nin dərc etdiyi məlumatı nə təsdiq, nə də təkzib edib.
Axar.az xəbər verir ki, Pentaqonun bəyanatında Vaşinqtonun Ermənistanla münasibətlərini yüksək qiymətləndirdiyi, lakin təhlükəsizlik mülahizələri səbəbindən texnikanın hərəkətini şərh etmədiyi bildirilib.
Ermənistan Müdafiə Nazirliyi də bugünkü məlumatı hələ rəsmi şərh etməyib.
Qeyd edək ki, RT bundan öncə ABŞ-ın Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürmək istədiyi haqda məlumat yaymışdı.