Qəbul imtahanlarında abituryentlərə xüsusi vasitələr quraşdırmaqla imtahandan keçirməkdə şübhəli bilinən şəxslər barəsində bu gün məhkəmə prosesi baş tutub.
Milli.Az xəbər verir ki, prosesə hazırlıq iclası Gəncə Şəhər Məhkəməsində keçirilib. İbtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, həmçinin Gəncədə fəaliyyət göstərən məktəblərdən birində müəllim kimi çalışan Gündüz Abbasov qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə bakı pedoqoji fəaliyyətlə məşğul olan digər şəxslə cinayət əlaqəsinə girməklə həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Hər iki şəxs gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri bir-biri ilə əlaqələndirib istifadəsində hər hansı problemin olmadığına əmin olduqdan sonra Gəncə və Bakı şəhərləri ərazisində Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarından asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər.