Şeyx BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 13-də Səudiyyə Ərəbistanı Krallığına səfərə yola düşür.

Bu barədə Teleqraf- a QMİ-dən məlumat verilib.

Bildirilib ki, o, Krallığın paytaxtı Ər-Riyad şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək.

Dekabrın 14-də keçiriləcək BMT Sivilizasiyalar Alyansının XI Forumu "Çoxqütblü dünyada bəşəriyyət naminə dialoqda qarşılıqlı hörmət və anlaşmanın yeni erası" mövzusuna həsr olunacaq.

BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə mötəbər forumda iştirak edən Şeyxülislam A.Paşazadə məruzə ilə çıxış edəcək.

Forum çərçivəsində QMİ sədrinin bir sıra ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.