ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və amerikalı iş adamı Cared Kuşner Ukrayna münaqişəsinin həlli üzrə danışıqları bərpa etmək üçün Rusiya aktivlərinin bir hissəsinin dondurulmasının ləğvini təklif ediblər.
Sherg.az "Financial Times"-a istinadən xəbər verir ki, təklif ötən həftə Mayamidə Böyük Britaniya, Fransa və Almaniya nümayəndələri, eləcə də NATO və Avropa İttifaqı təmsilçiləri ilə keçirilən görüşdə müzakirə olunub.
Variantlardan biri Vaşinqtonun nəzarəti altında xüsusi maliyyə mexanizminin yaradılması olub. Nəşrin məlumatına görə, Avropa nümayəndələri ABŞ-ın təklifini dəstəkləməyiblər. Bununla belə, Rusiya aktivlərinin dondurulmasının hansı qaydada ləğv ediləcəyi və vəsaitlərin gələcəkdə necə istifadə olunacağı müzakirə edilməkdədir.