İtaliyanın Baş naziri Corcia Meloni ABŞ ilə Rusiya arasında dizel yanacağı ilə bağlı əldə olunan razılaşmanı “çox riskli seçim” kimi qiymətləndirib.
Sherg.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Meloni bu barədə Avropa İttifaqı liderlərinin Brüsseldə keçiriləcək sammiti ərəfəsində İtaliya parlamentində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, razılaşma Rusiyanın müharibəni maliyyələşdirmək üçün əlavə gəlir əldə etməsinə və sanksiyaların təsirinin zəifləməsinə səbəb ola bilər.
Meloni Ukraynaya dəstəyin davam etdirilməsinin və Avropanın müharibənin başa çatdırılması ilə bağlı danışıqlarda daha fəal rol oynamasının vacibliyini vurğulayıb.
Baş nazir, həmçinin Aİ-nin 27 üzvünü təmsil edəcək vahid nümayəndənin təyin olunmasını təklif edib.