Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir

Avropa İttifaqı ölkələri arasında birliyin 2028-2034-cü illər üçün büdcəsi ilə bağlı dərin fikir ayrılıqları davam edir.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.

15-16 oktyabr tarixlərində Brüsseldə keçiriləcək sammitdə bu məsələdə irəliləyişin olmayacağı gözlənilir.

"Razılığın hələ mümkün olmadığı və bunun yaxın iki gündə baş verəcəyini düşünülmür", - deyə nəşr qeyd edir.

Hazırkı vəziyyət dekabrın sonuna qədər Aİ-nin əsas maliyyə sənədinin təsdiqlənməsi ehtimalını təhlükə altına qoyur.

Qeyd edək ki, Avropa Komissiyası 2028-ci ildən 2034-cü ilə qədər olan bütün dövr üçün ümumi məbləği 1,76 trilyon avro olan Aİ büdcə planının layihəsini hazırlayıb. Bu plan, digər məsələlərlə yanaşı, hərbi xərclərin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur. Plana artıq kənd təsərrüfatı subsidiyalarının və Avropa İttifaqının depressiyaya uğramış bölgələrinə yardımın azaldılması daxildir.