Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasında (AKP) struktur yenidən formalaşdırılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, partiya rəhbərliyi 108 bölgədə sədr dəyişikliyi edib.
Onlardan 8-i vilayət, 100-ü isə rayon üzrə sədr olub.
Məlumata görə, bu addım AKP-nin bölgələr üzrə gücünün artırılması məqsədilə atılıb:
“Partiyamızı gücləndirmək üçün bəzən istifadə etdiyimiz vasitələrdən biri də kadr dəyişikliyidir. Bu da lazım gəldikdə həyata keçirilir”.