“Yuventus” baş məşqçisi ilə yollarını ayırıb

İtaliyanın “Yuventus” klubu baş məşqçisi Tyaqo Mottanı istefaya göndərib.

“Report” xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qoca sinyora”nın yeni məşqçisi xorvatiyalı İqor Tudor olub. O, işə bazar ertəsi başlayacaq.

Motta “Yuventus”a bu mövsümün əvvəlində rəhbərlik etməyə başlamışdı. Hazırda “ağ-qaralar” İtaliya A Seriyasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Tudorun son iş yeri “Latsio” olub. 2020-2021-ci illərdə o, “Yuventus”un məşqçilər heyətinə daxil olub. Xorvatiyalı Turin klubunda 1998-ci ildən 2007-ci ilə qədər oynayıb, İtaliya çempionu olub.