"Qalatasaray" çərşənbə günü Ziraat Türkiyə Kubokunun 1/4 final mərhələsində "Fənərbaxça"nın qonağı olacaq.
Sherg.az xəbər verir ki, Türkiyə kubokunda derbini Cihan Aydın idarə edəcək.
Aydına Deniz Caner Özaral və Volkan Ahmet Narınç kömək edəcək.
Burak Pakkan isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.