Modriç "Real"dan ayrılacağını rəsmən açıqlayıb

İspaniya təmsilçisi "Real"ın yarımmüdafiəçisi Luka Modriç cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə xorvatiyalı oyunçu özü sosial şəbəkə hesabında bildirib.

Qeyd edək ki, Modriç 2012-ci ildən Madrid kollektivinin şərəfini qoruyur. 2018-ci ildə "Qızıl top" mükafatını qazanan 39 yaşlı xorvatiyalı futbolçu, altı dəfə Çempionlar Liqasının qalibi olub.