Roma Papası Fələstində dinc sakinləri və müqəddəs yerləri qorumağa çağırıb
15:54 21.07.2025
Dünya
329
Roma Papası XIV Leo Fələstin lideri Mahmud Abbasla telefon danışığında İsrailin Qəzza zolağında Müqəddəs Ailə Katolik Kilsəsinə hücumuna görə dərindən kədərləndiyini bildirib və dərhal atəşkəsə çağırıb.
“Report” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Vatikanın kommunikesinə istinadən məlumat yayıb.
Söhbət zamanı pontifik yenidən mülki şəxsləri və müqəddəs yerləri qorumaq vəzifəsini vurğulayaraq, beynəlxalq humanitar hüquqa tam hörmət etməyə çağırıb və heç bir fərq qoymadan gücdən istifadənin və əhalinin məcburi köçkürülməsinin qadağan edilməsini vurğulayıb.
XIV Leo həmçinin münaqişənin nəticələrindən ən çox zərər çəkənlərə yardım edilməsinin və humanitar yardım çatdırılmasının təmin edilməsinin aktuallığını qeyd edib.
Nəşr qeyd edir ki, bu söhbət iyulun 17-də İsrailin Qəzza zolağındakı yeganə katolik kilsəsinə basqın etməsi nəticəsində üç nəfərin ölümündən sonra baş verib.
“Le Figaro” xatırladıb ki, Müqəddəs Taxt-Tac Yaxın Şərq münaqişəsinin iki dövlətli həllini rəsmi olaraq dəstəkləyir və diplomatik əlaqələr saxladığı Fələstin dövlətini 2013-cü ildən tanıyır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə