Azərbaycan İdman Jurnalistləri Assosiasiyası bəyanat yaydı
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası bəyanat yaydı
Yusif Nəzərli
15:10 28.01.2023
İdman
677
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası erməni idmançıların separatçılığı dəstəkləyən mütəmadi addımları ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Ey idman, sən sülhsən!” - bu sözlər müasir Olimpiya hərəkatının banisi Baron Pyer de Kubertenə məxsusdur.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) fəaliyyəti dövründə həmişə bu prinsipə sadiq qalıb. Təşkilat ötən il ölkənin aparıcı təhsil ocaqlarında “İdman və sülh” layihəsi çərçivəsində uğurlu tədbirlər həyata keçirdi, son vaxtlar dünyanı bürüyən müharibələr fonunda Azərbaycan uşaqlarının dili ilə bəşəriyyətə sülh çağırışları etdi.
AİJA bu addımlarla Azərbaycan dövlətinin və xalqının ümumbəşəri dəyərlərə sadiqliyinin, gənc nəslin sağlam və sülh ruhunda formalaşması istiqamətində görülən işlərin tərəfdarı olduğunu bir daha nümayiş etdirdi.
Beynəlxalq hüquqla tanınmış ərazilərinin bir hissəsinin hələ də erməni separatçılarının nəzarətində olmasına baxmayaraq, Azərbaycan sülhə sadiqliyini əməli fəaliyyəti ilə sübut edir, münaqişənin dinc yolla həllinə çalışır.
Təəssüf ki, Ermənistan və başqa ölkələrin bayrağı altında çıxış edən erməni əsilli idmançılar davamlı olaraq idmanın təməl prinsiplərini kobud surətdə pozaraq sülhü deyil, separatizmi, düşmənçiliyi dəstəkləyir, nifrət hissi yayırlar.
Erməni futbolçu Henrix Mxitaryan illərdir idmançının sülh carçısı obrazına xəyanət edərək açıq-aşkar separatçı mövqe sərgiləyir.
Onun müxtəlif vasitələrlə davamlı olaraq BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən tanınan Azərbaycan ərazilərini Ermənistan ərazisi kimi göstərməsi idmanın siyasi məqsədlərdə sui-istismar edilməsinə qarşı idman ictimaiyyətinin səssizliyinin nəticəsidir.
Bu səssizlik və cəzasızlıq digərlərində də idmanın siyasi məqsədlərlə istifadə edilməsi kimi mənfi tendensiyanın inkişafına, idmanın separatizm hallarının legitimləşdirilməsi məqsədi üçün alət edilməsinə gətirib çıxarır.
Erməni əsilli digər idmançı, rusiyalı tennisçi Karen Xaçanovun da hazırda davam edən nüfuzlu “Australian Open” turnirində çəkiliş kamerasına qələbə şərhi yazmaq ənənəsindən sui-istifadə edərək təxribat xarakterli yazı yazması məhz bu cəzasızlığın nəticəsidir.
Xaçanov öz xalqının maraqları çərçivəsində yayılan dezinformasiyalara dəstək nümayiş etdirməklə xoşniyyətli idman ənənəsini siyasiləşdirib.
Azərbaycan tərəfi dərhal beynəlxalq qurumlara, Rusiyanın müvafiq idman federasiyasına etiraz müraciətləri edib, amma idman və sülh prinsiplərinə ciddi xələl gətirən Karen Xaçanovun hərəkəti yalnız nəzarətə götürülüb.
Sülh, ədalət, qarşılıqlı hörmət kimi ali dəyərlər tək idmançılara deyil, həm də idman qurumlarına, onların rəhbərlərinə, bütünlüklə idman ictimaiyyətinə aiddir.
AİJA belə maraqlar çərçivəsində idman ənənələrinin istismarı və siyasi təxribatların idman meydançalarına ayaq açmasından ciddi narahatlığını ifadə edir, idman ictimaiyyətini təməlində sülh, ədalət prinsipləri dayanan idman ənənələrinin siyasiləşdirmək cəhdlərinə səssiz qalmamağa çağırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tiktoker “Şiva” həbs edilib
20:22 11.03.2026
Hadisə
Aİ Livana 100 milyon avro humanitar yardım ayırır
20:04 11.03.2026
Gündəm
Almaniya XİN rəhbəri sabah Türkiyəyə səfər edəcək
19:55 11.03.2026
Gündəm
Türkiyənin daxili işlər naziri Azərbaycan səfiri ilə görüşdü
19:44 11.03.2026
Siyasət
Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvanda olub - FOTO
19:11 11.03.2026
Gündəm
Türk Hava Yolları İrəvana uçuşlara başlayıb
19:09 11.03.2026
Gündəm
Avropa Şurası Prezidentinin gəlişi səbəbsiz deyil - Fazil Mustafa
18:49 11.03.2026
Gündəm
Tramp: İranla müharibə tezliklə sona çatacaq
18:14 11.03.2026
Gündəm
Türkiyədə 1 tondan çox narkotik maddə aşkarlanıb, saxlanılan var
17:14 11.03.2026
Gündəm
Paşinyan: Naxçıvana bu istiqamətdə yol verməyə hazırıq
17:01 11.03.2026
Cənubi Qafqaz
İspaniya İsraildəki səfirini birdəfəlik geri çağırdı
16:47 11.03.2026
Siyasət
XIII Qlobal Bakı Forumuna həsr olunmuş brifinq keçirilib
16:40 11.03.2026
Siyasət
Azər Qasımlı 12 il azadlıqdan məhrum edilib
16:27 11.03.2026
Hadisə