Tanınmış baş məşqçi təyinatından 3 ay sonra qovulub

İngiltərənin "Uotford" komandasının baş məşqçisi Klaudio Ranyeri istefaya göndərilib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, buna Premyer Liqa təmsilçisinin uğursuz çıxışı səbəb olub.

İtaliyalı mütəxəssis təyinatından 3 ay sonra tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, "Uotford" 71 yaşlı baş məşqçinin rəhbərliyi altında meydana çıxdığı 13 oyunun 10-da uduzub. Komanda hazırda 14 xalla 19-cu pillədə qərarlaşıb.