Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi - Siyahı

Xırdalan şəhərinin Heydər Əliyev prospektində aidiyyəti qurum tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Sherg.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət səbəbindən E2, 135, 515, 517, 523, 535, 592 və 596 nömrəli marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub.

“E2 nömrəli marşrut “20 Yanvar” metrostansiyasından Xırdalan şəhəri istiqamətində Heydər Əliyev prospekti, Zərifə Əliyeva, Qalubiyyə, Mehdi Hüseynzadə küçələri ilə fəaliyyət göstərir. Başlanğıc dayanacaq məntəqəsi Heydər Əliyev prospektində təşkil edilib.

135 nömrəli marşrutun avtobusları başlanğıc dayanacaq məntəqəsi Mehdi Hüseynzadə küçəsi olmaqla Heydər Əliyev prospekti ilə hərəkət edir.

517 nömrəli marşrut iki stiqamət üzrə fəaliyyət göstərir:

1-ci istiqamət Masazır kəndi (“Yeni Bakı” yaşayış kompleksi) – Həsən Əliyev küçəsi (dairəvi hərəkət),

2-ci istiqamət isə başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi (“Yeni Bakı” yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə Heydər Əliyev prospektidir.

515, 523 və 596 nömrəli marşrutlar Heydər Əliyev prospekti, Hacı Zeynalabdin Tağıyev, Osman Sarıvəlli, İmadəddin Nəsimi və Həsən Əliyev küçələri ilə fəaliyyət göstərir.

535 nömrəli marşrutun son dayanacaq məntəqəsi Heydər Əliyev prospektində, Hacı Zeynalabdin Tağıyev küçəsi ilə kəsişmənin yaxınlığına təşkil edilib.

592 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə küçəsi ilə kəsişmənin yaxınlığına təşkil olunub”, - deyə məlumatda qeyd olunub.