
İqtisadçı: İaşə müəssisələrindəki dövriyyənin yüksəlməsi turist sayının artımı ilə əlaqədardır
09:48 29.05.2025
İqtisadiyyat
368
Bu ilin yanvar-mart aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 399,6 milyon manat olub.
Bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2% çoxdur.
Birinci rübdə paytaxtda hüquqi şəxslərin ictimai iaşə dövriyyəsi 230,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 57,7%-ni təşkil edir.
İqtisadçı - ekspert Asif İbrahimov “Sherg.az”a bildirib ki, bu gün Azərbaycana gələn turistlərin sayının artımı, paytaxtımızda və eləcə də regionlarda fəaliyyət göstərən iaşə müəssisələrinin fəaliyyətinə çox müsbət təsir göstərir:

“Digər ölkələrə gedən turistlər kimi Azərbaycana gələnlər də bütün yeməkləri restoranlarda yeyirlər. Bu gün iaşə müəssisələrində dövriyyənin artması da, hesab edirəm ki, Azərbaycana gələn turist sayının artımı ilə əlaqədardır. Təbii ki, yerli sakinlər də iaşə müəssisələrindən istifadə edir. Nəzərə alsaq ki, əvvəlki illərə nisbətən yerli sakinlərin restoranlara və iaşə müəssisələrinə getməsi çoxluq təşkil edir. Təbii ki, bu da ölkə iqtisadiyyatının artan inkişafından xəbər verir. Ümumiyyətlə ictimai iaşə müəssisələrinin rəhbərlikləri administrasiyaları düzgün qiymət siyasəti aparmalıdır. Yəni ikili menyu olmamalıdır. Yerli sakinlərə necə qiymət tətbiq olunursa, gələn turistlərə də eyni qiymət tətbiq olunmalıdır. Çünki ikili menyu artıq qanun pozuntusudur”.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm