
İran–İsrail qarşıdurması dünya iqtisadiyyatını silkələyir -RƏY
12:54 17.06.2025
İqtisadiyyat
452
İran–İsrail münaqişəsinin genişmiqyaslı müharibəyə çevrilmək ehtimalı təkcə Yaxın Şərqi deyil, bütün qlobal iqtisadiyyatı silkələyir. Beş gündür davam edən qarşıdurma enerji bazarlarında ciddi dalğalanmalara, maliyyə sektorunda panikaya, beynəlxalq logistikada isə zəncirvari pozuntulara səbəb olub. Neftin və qazın qiymətində kəskin sıçrayışlar, hava yollarının bağlanması, ticarət dəhlizlərinin təhlükə altına düşməsi, eləcə də region ölkələrinin maliyyə bazarlarında müşahidə olunan qeyri-sabitlik – bütün bunlar bu münaqişənin lokal deyil, qlobal iqtisadi təsir gücünü ortaya qoyur. Xüsusilə Hörmüz boğazı ətrafında yaranan gərginlik və Hayfa limanı ətrafındakı strateji maraqlar, Yaxın Şərqdə geosiyasi qarşıdurmanın iqtisadi müstəviyə keçdiyini açıq şəkildə göstərir.
İqtisadçı ekspert Eldəniz Əmirov da “Sherg.az”a açıqlamasında İran–İsrail müharibəsinin iqtisadi təhdidləri artırdığını bildirib. İsrail-İran hərbi qarşıdurmasının neft bazarını dərindən sarsdığını vurğulayan iqtisadçı qeyd edib ki, Brent markalı neftin qiyməti bir neçə gün ərzində 10%-dən çox bahalaşıb:

“Xam neft fyuçersləri 13%-ə qədər artıb. ABŞ-ın VIX indeksi son 3 həftənin maksimumuna qalxıb, sərmayəçilər isə səhmlərdən çıxaraq qızıla və dövlət istiqrazlarına yönəlir. Münaqişə Hörmüz boğazı ətrafında təhlükəni artırır. Gündəlik 18–20 milyon barel neft bu boğazdan keçir ki, bu da dünya neft ticarətinin 20%-i deməkdir. İranın boğazı bağlama təhdidi neftin qiymətində daha kəskin sıçrayış yarada bilər. BVF hesablamasına görə, neftin 10% bahalaşması inkişaf etmiş ölkələrdə inflyasiyanı 0.4 faiz bəndi artırır. LNG bazarı da risk altındadır. Qətər və BƏƏ-nin bütün maye qaz ixracatı Hörmüz boğazından keçir və bu, qlobal LNG ticarətinin 1/5 hissəni təşkil edir. İran üzərindən keçən marşrut bağlansa, Çin və Hindistan alternativ mənbələrə yönələcək, bu da digər bazarlarda qiymətləri yuxarı çəkacək. Çünki, İran sanksiyada olsa belə bu iki ölkə, ələxsus da Çin öz neft ehtiyacının ciddi bir hissəsini İran hesabına təmin edir.
Aviasiya sektorunda da gərginlik var. İran, İsrail, İraq və İordaniya hava məkanlarını bağlayıb. Bir neçə beynəlxalq aviaşirkət regiona uçuşları dayandırıb, Təl-Əvivdən sərnişinsiz təyyarələr Kipr və Avropa şəhərlərinə yönləndirilib. Marşrut dəyişiklikləri səyahət vaxtını uzadır, yanacaq xərclərini artırır və sığorta risklərini böyüdür. Bu isə ciddi həm logistic xidmətlərdə, həm də turizm üzrə qiymət artımlarına səbəb olur.
Ticarət yolları və dəhlizlə də təhlükə altındadır. Hörmüz boğazı yalnız enerji deyil, həm də konteyner yükləri, o cümlədən məişət texnikası və istehlak malları üçün əsas dəhlizdir. Münaqişə sığorta haqlarını artırır, gecikmələr və daşınma xərcləri isə son nəticədə istehlakçının ödədiyi qiymətlərə təsir edir”.
E. Əmirovun sözlərnə görə, İsrailin daxilində də vəziyyət ürəkaçan deyil, panika əlamətləri artıb:
“Şekel dollar qarşısında 2% dəyər itirib. Supermarketlərdə izdiham yaşanır. Məlumatlara görə əksər alış veriş şəbəkələrində alış səviyyəsi 300% artıb, bəzi məhsulların rəfləri boşalıb. Barclays və EY-Parthenon isə bu qarşıdurmanı “qlobal tənəzzülə səbəb ola biləcək ssenari” adlandırır. Neftin bahalaşması təkcə yanacaqla yanaşı, ərzaq, daşınma və istehsal xərclərində də artıma səbəb olacaq. Amma bütün bunların içində ən strateji hədəf Hayfa limanıdır — onun arxasında duran daha dərin iqtisadi və geosiyasi səbəbləri var”.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm
Kraudfandinq fəaliyyətinin hüquqi çərçivəsi müəyyən edilib
13:26 27.07.2026
Rəsmi
Azərbaycan mühacirlərinin "Aras"ı
13:22 27.07.2026
Tarix
Faktiki hava açıqlanıb
13:20 27.07.2026
Ekologiya
DYP sürücülərə xəbərdarlıq edib
13:14 27.07.2026
Cəmiyyət
Nəriman Həsənzadənin oğlu: Atamın vəziyyəti ağır olaraq qalır
13:07 27.07.2026
Ədəbiyyat