“Ölkə başçısının vətəndaşlara olan qayğısı özünün bütün siyasi kursunda ehtiva olunub”.
Bunu “Sherg.az”a açıqlamasında tanınmış jurnalist, siyasi şərhçi Tural İsmayılov deyib.
Jurnalist bəyan edib ki, iyun ayında artımlarla bağlı sərəncamlar veriləndə bunun əhali arasında pozitiv və xoş aura yaratdığının şahidi olduq:
“Sentyabrın 1-dən minimum əməkhaqqı 250 manatdır. Bu islahatlar bir çox məsələni aydınlaşdırır. İlk növbədə dövlət başçısı üçün əhalinin yaşam standartlarının yüksəlməsi əsas prioritet və hədəfdir.
Eyni zamanda Azərbaycanda sosial dövlətin əsasları möhkəmdir. Hakimiyyət sosial reformları özünün yaxın gələcək üçün əsas strateji planlarından biri kimi təqdim edir.
Vətəndaş məmnunluğu daim ölkə başçısının diqqətindədir. Bu baxımdan əhalinin sosial rifah halının yüksəldilməsi üçün əməli və qarşısıalınmaz işlər görülür”.
T.İsmayılovun sözlərinə görə, əməkhaqqı artımını hamı öz həyatında hiss edəcək:
“Çünki artıma qədər eyni işi görən bir şəxs indi daha çox maaş almış olacaq. Bütün bu artımlar və islahatlar əhalinin dövlətə inamını gücləndirir.
Xalq sosial islahatlar fonunda siyasi iqtidarla olan mənəvi bağlarından daha da məmnunluq duyur.
Sosial rifah durumunun getdikcə yaxşılaşması Azərbaycanda bütün region üçün örnək ola biləcək xalq-iqtidar birliyini daha da qüvvətləndirəcək”.