"Əsrin Müqaviləsi" Azərbaycanın inkişafının açarı oldu"

“Əsrin Müqaviləsi imzalandıqdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu”.

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, tarixçi-alim Musa Qasımlı deyib. 

Deputat bildirib ki, 1994-cü il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Əsrin Müqaviləsinin dünyanın transmilli korporasiyalarla imzalanması Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri və dönüş nöqtəsidir

“İlk dəfə olaraq tariximizdə təbii sərvət olan neft Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasəti nəticəsində milli sərvətə çevrildi. Əsrin Müqaviləsi Azərbaycanın inkişafının açarı oldu.


Bugün gözümüzün önündə Azərbaycanda olan inkişaf bilavasitə yürüdülən siyasətlə və həyata keçirilən Əsrin Müqaviləsi ilə bağlıdır. Cənab Prezidentimiz İlham Əliyev yeni əsrin müqaviləsini imzalamaqla Azərbaycanın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirdi.

Əsrin Müqaviləsi göstərdi ki, Azərbaycan böyük gücləri birləşdirən, əməkdaşlığa cəlb edən, ortaqlıq yaradan bir dövlətdir. Azərbaycan hamını birləşdirən gücdür".