Dünyanın ən bahalı yaxtaları... - Kimlərə məxsusdur ? – FOTOLAR 

 
«Sherg.az» « sciencesetavenir.fr»ə istinadən dünyanın  ən bahalı yaxtalarını təqdim edir. 


Məlumata görə, ən bahalı yaxtalarından biri « History Supreme»dir. Bu yaxtanın qiyməti 4,8 milyard dollardır. Malayziyalı zəngin Robert Kuoka məxsusdur. Bu yaxta 3ildir ki, istifadəyə verilib. Uzunluğu 30 metrdir. 

Digər bahalı yaxta “Al Said” adlanır.

Onun qiyməti 300 milyon dollardır. 
Bu yaxta 15850 kq yük götürür. Uzunluğu 155 metrdir. 154 nəfər ekipajı var. 70 nəfər qonaq qəbul edir.  Omanın kral ailəsinə mənsubdur.

Bundan başqa bahalı yaxtalardan biri də « Dubay » yaxtasıdır.

Onun qiyməti 400 milyon dollardır. 
162 metr uzunluğundadır. BƏƏ şahzadəninin ailəsinə məxsusdur. 155 qonaq qəbul edə bilir.

Daha bir bahalı yaxta « Motor » adlanır. Qiyməti 440 milyon dollardır. 
Ruysiyalı maqnat Andrey Melniçenkonundur. 122 metr uzunluyğu var. 


«Topaz » yaxtası 587 milyon dollardır. 2012-ci ildə istismara verilib. 147 metr uzunluğu var. Almaniyalı iş adamı Lürsenə məxsusudur. 

« Azzam « yaxtasının qiyməti 600 milyon dollardır. 
BƏƏ şahzadəsinin ailəsinə məxsusudur. 180 metr uzunluyğundadır.

« Eklips »in qiyməti 1,5 milyard dollardır. Rusiyalı milyarder Roman Abramoviçə məxsusdur. 24 kabinesi var.