İlin sonuna qədər qatar istehsalı ilə məşğul olan, dünya liderləri “Ştadler” şirkətindən dah iki qatar alınacaq.
Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov məlumat verib.
O, vaqonların 13 milyon dollara alınması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib:
“Bəziləri hələ də qatarla vaqonu bir-birindən fərqləndirə bilmir. Qatarların qiyməti internetdə göstərilib. Kim istəsə daxil olub, dəqiq baxa bilər. Bu, “Ştadler” şirkətinin qatarıdır.
Onları Rusiya, Belarus qatarları ilə qarışdırmaq olmaz. “Ştadler” qatarlarında 40 ədəd səsboğucu olduğu halda, Rusiya qatarlarında bu rəqəm sadəcə ikidir”.