SOCAR və “Uzbekneftegaz” şirkətləri arasında Özbəkistan ərazisində investisiya bloklarında geoloji kəşfiyyat işlərinin və Kaşkadarya bölgəsindəki yataqlarda hasilatın artırılması üçün sazişlərin praktiki icrasını təmin edilməsinə dair yol xəritələri imzalanıb.
“Uzbekneftegaz”dan “APA-Economics”ə verilən məlumata görə, sənədlər Özbəkistanın Energetika nazirinin birinci müavini Jurabek Mirzamahmudov və “Uzbekneftegaz”ın İdarə Heyətinin sədri Bahodirdan Sidiqovun Bakıya səfəri çərçivəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə görüşü zamanı imzalanıb.
Məlumata əsasən, görüş zamanı tərəflər həm quyuların bərpası və əsaslı təmiri işlərinin sürətləndirilməsi sahəsində, həm də Özbəkistanda quyuların qazılması və əsaslı təmiri zamanı istifadə olunan neft-qaz avadanlıqlarının istehsalının təşkili üçün bir sıra razılaşmalar əldə ediblər.
Görüş zamanı Azərbaycanda əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilmişdir. Xüsusilə, Xəzərin Azərbaycan hissəsində neft hasilatı layihələrinin birgə öyrənilməsi barədə razılıq əldə edilib.