Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələri təqdim edib.
Maliyyə Nazirliyinin (MN) mətbuat xidmətinsdən verilən məlumata görə, 2020-ci il icmaı büdcənin gəlirləri 27533,1 milyon manat, xərcləri 29488,3 milyon manat olacaq ki, bu da 2019-cu illə müqayisədə 21117,3 milyon manat və ya 7,7 faiz çoxdur.
2020-ci il üzrə dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat, səviyyəsində olacağı proqnozlaşdırılır.
Rəsmi məlumata görə, Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinin gəlirləri 12384,1 milyon manat nəzərdə tutulur.
Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinin xərcləri 11560,0 milyon manat təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 4,3 milyon manat azdır.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi 11350,0 milyon manat səviyyəsində nəzərdə tutulur ki, bu da 2019-cu illə müqayisədə 14,3 milyon manat və ya 0,1 faiz azdır.