Portuqaliyada 2019-cu ildə 345688 avtomobil istehsal olunub ki, bu da yerli avtomobil istehsalı tarixində ən uğurlu il hesab edilir.
AZƏRTAC Portuqaliya Avtomobil Assosiasiyasının (ACAP) məlumatına istinadla xəbər verir ki, avtomobil istehsalının həcmində yeni rekord qazanılıb. İstehsal 17,4 faiz artaraq təqribən 346 min avtomobil təşkil edib. Portuqaliyada istehsal olunan avtomobillərin 97,3 faizi xarici bazar üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, bu, Portuqaliyanın ticarət balansına əhəmiyyətli töhfədir.
ACAP-ın məlumatına görə, Avropa milli ərazidə istehsal edilmiş avtomobil ixracatında 92,7 faizlə liderliyini davam etdirir. Reytinqdə Almaniya (23,3 faiz), Fransa (15,5 faiz), İtaliya (13,3 faiz), İspaniya (11,1 faiz) və Böyük Britaniya (8,7 faiz) seçilirlər.
2019-cu ildə Portuqaliyada yığılmış avtomobillərin təxminən 93 faizi ixrac edilib. Bununla belə, əsas təyinat məntəqəsi Amerika (84,5 faiz) olub.