“Bu gün Azərbaycan Cənab Prezidentin səyləri nəticəsində iqtisadi-siyasi baxımdan dünyada ən qabaqcıl ölkələrdən biridir. Ölkə başçısının növbəti dəfə Davos şəhərindəki İqtisadi Forumda iştirakı ölkəmiz üçün iqtisadi baxımdan əlverişlidir”.
Bu fikirləri Sherg.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor, deputatlığa namizəd Rüfət Quliyev deyib.
Professorun sözlərinə görə, müstəqillik dövrümüzü götürəndə cavan ölkə olmağımıza baxmayaraq son 20 ildə Azərbaycanın atdığı addımlar, qazandığı uğurlar dünyaya yayılır:
“Ölkəmizə günü-gündən iqtisadi tərəfdən maraq artır. Bu gün Azərbaycan yaxın və uzaq ölkələr üçün olduqca maraqlıdır. Siyasi sabitlik, iqtisadi artım, demokratiyanın və iqtisadi-demokratiyanın inkişafı ölkəmiz üçün keçərlidir. İqtisadi-demokratiya xüsusi bir termindir. Bura xarici investorlar çox rahat formada öz yatırımlarını edə bilirlər. Həmin investorlar arxayındılar ki, onların yatırımları dövlət tərəfindən tam olaraq sığortalanır”.
Rüfət Quliyev: “İnvestorlar arxayındılar ki, onların yatırımları dövlət tərəfindən tam olaraq sığortalanır
R.Quliyev bildirib ki, hazırda Azərbaycan üçün ən əsas göstərici ölkədə siyasi stabilliyin olmasıdır:
“Bu gün Davosda minlərlə milyarderlər, ən varlı sahibkarlar, aparıcı ölkə rəhbərləri iştirak edirlər. Bizə lazımdır ki, həmin şəxslər Azərbaycanda olan həqiqətləri bilsinlər və ölkəmizə daha çox inansınlar. Bu inam bizim üçün böyük qazancdır. Hansısa ölkəyə inam olanda ora xarici investisiyaların axını artır. Dünyada Azərbaycan öz mübarizəsini aparır. Bu mübarizə çox uğurludur. İnanırıq ki, ölkəmiz qısa zamanda Sinqapur kimi ölkəni də ötüb keçəcək. Bizim üçün maraqlıdır ki, maliyyə bazarında aparıcı ölkələr olan Sinqapur, Dubay və başqa dövlətlərə çevrilək. Coğrafi olaraq yerləşdiyimiz məkan, siyasi sabitlik, iqtisadi artım, daimi inkişaf Azərbaycan üçün keçərlidir. Sadəcə olaraq biz bu göstəriciləri xarici ölkələrə, ən varlı investorlara və şirkətlərə çatdırmalıyıq. Bu gün bu işlə məhz Cənab Prezident məşğul olur. Təbii ki, Davosdakı forumda həm siyasi məsələlər, qlobal problemlər həll olunur, həm iqtisadi maraqlar qorunur”.