Davosun reytinqlərində Azərbaycan sürətlə irəliləməkdədir - RƏY

Prezident İlham Əliyev İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun “Strateji Proqnoz: Avrasiya” sessiyasında iştirak edir.

Görüş iştirakçıları region üçün 2020-ci ildə strateji prioritetləri müzakirə etməkdədirlər. Sessiyanın gündəliyinə iqtisadi imkanların yaradılması, geosiyasi gərginliklərin idarə edilməsi və texnoloji tətbiqetmənin sürətlənməsi kimi məsələlər daxil edilib.

Forumla bağlı fikrilərini Sherg.az-la bölüşən siyasi şərhçi Azər Həsrət bildirib ki, cənab Prezidentin Davos səfəri çox diqqətlə izlənilir. 

Onun sözlərinə görə, Davosun reytinqlərində Azərbaycan birmənalı olaraq irəliləməkdədir və çox yüksək yerlərə gəlib çatıb:



Azər Həsrət: “Azərbaycanın Davos Forumunda iştirakı, ölkəmiz adından məhz Prezident İlham Əliyevin orada olması bizə əlavə imkanlar tanıdacaq”


“Bütün bunlar isə dünyanın diqqətini çəkməyə bilməz. Bu baxımdan Cənab Prezidentin ümumiyyətlə forumda iştirakı və ayrı-ayrı görüşlər keçirməsi ciddi şəkildə diqqəti cəlb edir. Xüsusi olaraq söyləmək lazımdır ki, ölkə başçısının fəallığı və yüksək səviyyədə Davos forumunda iştirakı Azərbaycanın önəmini bir daha vurğulamaq üçün gərəkli faktordur. Dünyanın hər tərəfindən insanlar Davos Forumunu, oradakı liderlərin davranışlarını və çıxışlarını diqqətlə izləyir. Əlbəttə ki, bu liderlər arasında cənab Prezidentin həm çıxışları həm davranışları xüsusi diqqət çəkməyə bilməz. Düşünürəm ki, Azərbaycanın Davos Forumunda iştirakı, ölkəmiz adından məhz Prezident İlham Əliyevin orada olması bizə əlavə imkanlar tanıdacaq. Bu baxımdan Davosdakı görüşü böyük əhəmiyyətli səfər kimi dəyərləndirirəm”.