Azərbaycanın təcrübəsi dünyada böyük maraq doğurur: Bunu hər kəs Davosda gördü

“İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun işində iştirak edən Prezident İlham Əliyev aparıcı siyasətçilərlə və şirkət rəhbərləri ilə bir sıra səmərəli görüşlər keçirib. Forumun ilk günlərində Azərbaycana böyük siyasi və iqtisadi dividentlər vəd edən bəzi razılaşmalar əldə olunub”. 

Bu fikriləri Sherg.az-a açıqlamasında “Milli.az” saytının baş redaktoru, siyasi ekspert Anar İmanov deyib.

Analitik bildirib ki, hazırda iqtisadi və geopolitik anlamda Azərbaycan regionda və bütün dünyada çox əhəmiyyətli bir ölkəyə çevrilib:

“Azərbaycandakı stabillik, inkişaf bir çox ölkə üçün artıq nümunə olub. Azərbaycanın təcrübəsi dünyada böyük maraq doğurub. Və bunu hər kəs Davosda görür – mötəbər tədbirə gələn dünyanın siyasi və iqtisadi elitansı Azərbaycana böyük maraq göstərir. Azərbaycan on ildən artıq forumun işində iştirak edir. 



Anar İmanov: “Siyasi, iqtisadi və sosial stabillik – bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətinin vacib məqamlarıdır”


Hazırda ölkəmiz tədbirdə iştirak edən böyük ölkələrin içində layiqli yer tutur. Bu ilki forumun əsas mövzu budur: “Maraqlı tərəflər sabit və sıx birləşmiş dünya tərəfdarıdır!”. Azərbaycan ümumi inkişaf üçün stabilliyin nə qədər əhəmiyyətli olduğunu bilir. Siyasi, iqtisadi və sosial stabillik – bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətinin vacib məqamlarıdır və Azərbaycan iqtisadiyyatının bünövrəsini təşkil edən elementlərdir. Bunların hər biri Azərbaycana böyük uğurlar gətirib. Bu siyasətin nəticəsində hazırda ölkəmiz qlobal nəqliyyat infrastrukturunda böyük rol oynayır. Azərbaycanın ildən ilə artan beynəlxalq nüfuzu beynəlxalq birliyin ölkəmizə olan maraqlarını daha da artırır. Böyük dünya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Bu, ölkə başçımızın həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir”.