Neftə qlobal tələbat mütəmadi olaraq azalır. Onun yerini qaz və digər enerji mənbələri tutur.
Axar.az xəbər verir ki, bunu TASS-a müsahibəsində BP-nin rəhbəri Robert Dadli deyib. Onun sözlərinə görə, ABŞ-da hasilatın artması fonunda neft qiymətlərinin 100 dollara qədər yüksəldiyi dövrün yenidən təkrarlanması mümkün deyil:
“Neft və kömürün istifadəsi zamanla azalır. Sözsüz ki, neft uzun onillər ərzində neft-kimyada istifadə ediləcək. Elektrik enerjisi istehsalında davamlı olaraq neftin qaz və digər enerji mənbələri ilə əvəzlənməsi gözlənilir. Neftə qlobal tələbatın ixtisarı bu yüzillikdə baş verəcək”.
Dadli ABŞ-ın neft bazarına daxil olması ucbatından neft qiymətlərinin yüksək volatilliyi ehtimalının çox aşağı olduğunu bildirib.