“AtaBank” bağlanır? – Bankdan təkzib etmədilər, əmanətçilər narahatdır

“AtaBank”ın fəaliyyətini dayandırmaq qərarı haqqında xəbərlər yayılıb. Bankın bağlanması xəbəri orada əmanətləri olan vətəndaşları narahat qoyub. Onları bank bağlanacağı halda hesablarındakı pulun  taleyi düşündürür.  

Məsələ ilə bağlı bankın baş ofisi ilə əlaqə saxladıq. Zəngimizə cavab verən şəxs “Sonra zəng edin” deyərək yayılan  məlumatı nə inkar etdi, nə də təsdiqlədi. Bəs vətəndaşlar nə etməlidir? 

İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, əmanətlərini tam sığortalayan şəxslərin narahatlığı üçün heç bir əsas yoxdur. 

“Əmanətlərini sığorta elətdirmək vətəndaşlara müəyyən məhdudiyyətlər qoyur. Belə ki, əgər əmanət milli valyutadadırsa onun üzərinə gələn faiz 10-dan, xarici valyutadadırsa 2.5-dən çox olmamalıdır. Bir də nəzərə almaq lazımdır ki, 4 manatda “Əmanətin tam sığortalanması”  haqqında Qanunun qüvvədən düşür. Qanunun müddətinin uzadılıb uzadılmaması isə sual altındadır. Əgər limit 4 manat dan yuxarı qalxmadan bank bağlanarsa heç bir problem yoxdur. Əks halda isə əgər qanunun müddəti uzadılmasa, vətəndaşlar öz əmanətlərinin yalnız müəyyən bir hissəsini, daha dəqiq desəm, 30 min manatadək məbləği kompensasiya edə bilərlər. 



Əkrəm Həsənov: “Əgər Mərkəzi Bank “AtaBank” ın müflis olacağını gözləmir, bu prosesin müvəqqəti davam edəcəyinə inanırsa, kredit verməlidir. Yox, “AtaBank”ın öz fəaliyyətini davam etdirməyəcəyinə əmindirsə bankın fəaliyyətinə vaxtında xitam verməlidir”


Odur ki, əgər kiminsə “Atabank”da 30 min manatdan çox əmanəti varsa gərək banka müraciət edərək həmin məbləği bir neçə nəfər arasında bölsünlər. Məsələn 100 min manatlıq əmanət 4 nəfər arasında bölünməlidir ki, pul tam kompensasiya olunsun. Amma belə olanda indiyə kimi hesablanmış faizlər itirilir. Digər bir variant isə yalnız 30 mini kompensasiya etməklə kifayətlənməkdir”. 

Ekspert belə neqativ halların yaranmasında Mərkəzi Bankı günahkar bilir. O, düşünür ki, əgər Mərkəzi Bank lazımi tədbirləri görsə vətəndaşlar üçün də heç bir təhlükə olmaz:

“Mərkəzi bank iki variantdan birini tətbiq etməlidir. Əgər Mərkəzi Bank “AtaBank” ın müflis olacağını gözləmir, bu prosesin müvəqqəti davam edəcəyinə inanırsa, kredit verməlidir. Yox, “AtaBank”ın öz fəaliyyətini davam etdirməyəcəyinə əmindirsə bankın fəaliyyətinə vaxtında xitam verməlidir. Mərkəzi Bank bunlardan heç birini etmədiyinə görə vətəndaşların  işləri qəlizləşir”.



Əkrəm Həsənov onu da vurğuladı ki, hüquqi şəxslər daha çox təhlükə altındadırlar, nəinki fiziki şəxslər: 

“Əslində fiziki şəxslər üçün elə də böyük problem yoxdur. Çünki onların əmanətləri sığorta olunub. Şirkətlər isə hesablarındakı məbləği sığorta etdirmədiklərinə görə vəziyyətləri bir az çətin olacaq. Müşahidələr göstərir ki, banklar iflasa uğrayanda hüquqi şəxsin əmanətinin hamısı, bəzi hallarda isə müəyyən hissəsi batır”.