“Bağlanan banklarda 211 milyonn manatlıq ipoteka kreditləri var. İpoteka və Kredit Zəmanət Fondu özü müəyyənləşdirəcək ki, miqrasiya hara, hansı banka edilsin”.
“APA-Economics”in verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
O bildirib ki, bağlanan banklarda əmanətlərin 99 faizdən çoxu sığortalıdır. Bağlanan banklarda qorunmayan əmanətlərin həcmi isə 3 milyon manat təşkil edir.
Qeyd edək ki, AMB-nin qərarına əsasən, son bir ayda “Atabank”, “Amrahbank”, “AGBank” və “NBC Bank”ın lisenziyaları ləğv edilib.