Cari ilin yanvar-aprel aylarında Azərbaycandan MDB ölkələrinə 437 milyon 930 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 103,6 milyon dollar çoxdur.
Bu ilin 4 ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 892 milyon 704 min dollar olub.