Koronavirus pandemiyası dünya iqtisadiyyatına elə zərbə vurdu ki, istənilən ölkədəki hər bir ailədə bu, hiss edildi. Azərbaycan da istisna deyil. İnsanlar indi də çətin vəziyyətdədirlər. Bir tərəfdən isə beynəlxalq və ölkə daxili sərhədlərin bağlanması mövcud situasiyanı gərginləşdirdi. Bəs hansı pulla ev tutulsun, mənzil alınsın?
Daşınmaz əmlak üzrə eskpert Nüsrət İbrahimov “Sherg.az”a danışarkən deyib ki, qiymətlər bahalaşıb:
“Son iki ayda həm mənzil, həm də torpaq bazarında qiymətlər artdı. Çünki bazara daxil olan əksər obyektlərin də qiyməti bahadır. Məsələn, əvvəlki aylarda yeni tikililər 47 faiz təşkil edirdisə, artıq bu göstərici 55 faizdir. Həm də bazarda durğunluq var. Alıcı yoxdur. Ona görə də qiymətlər bahalaşır”.
Ekspert, həmçinin qeyd etdi ki, qiymətlərin nə vaxt ucuzlaşacağı sual altındadır:
“Bu sualın cavabı qeyri-müəyyəndir. Qiymətlərin ucuclaşması üç əsas məqamdan asılıdır. Birincisi, pandemiyanın dövrünün başa çatmasıdır. Növbəti məqam neft birjalarında qiymətin sabitləşməsi, əvvəlki qaydada olmasıdır. Həm də bank sektoru, kredit təşkilatları, bazara əsaslı dərəcədə investisiya ayırmalıdırlar. Hələ də bu da son deyil. Qeyd etdiyim məqamların təsirlərinin nə qədər çəkəcəyi-qısa müddətli, orta müddətli, ya uzun müddətli olması da vacib məqamdır. Odur ki, hələ konkret nə isə demək çətindir”.