“Azeri LT CIF” markalı xam neftin qiyməti 0,64 ABŞ dolları və ya 0,76 faiz azalıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 83,26 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti ötən ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub. 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Neft Araşdırmalar Fondunun rəhbəri, iqtisadçı İlham Şaban bildirib ki, hazırda neftin qiymətində 2 faizə yaxın azalma nümayiş olunub:
“İndiki mövqedə 80 ABŞ dolları 14 sentdir. Yəni 80 dollara yaxınlaşma var. Pandemiyadan sonra bazarda tələb çox oldu.
OPEK-in məlumatına görə, artıq dekabr ayında analitiklər hesab edir ki, profisitlə üzləşmə ehtimalı var. İndiki müddətə qədər defisit olub.
Çünki bazarda tələb çox idi. Dünya iqtisadiyyatının artım tempi get-gedə yavaşımağa başlayıb. Nəticədə enerjiyə olan tələbat əvvəlki aylarla müqayisədə aşağı düşüb.
İndiyə olan vəziyyət neftin qiymətinin azalmasında özünü nümayiş etdirəcək. Bu baxımdan da gələn ili nəzərə alsaq, həm ümumi qiymətdə, həm də birinci rübdə neftin qiymətlərinin hazırkı 80 həddən aşağı ticarət edilməsi ilə bağlı fikirlər bazarda daha çox səslənir.
Bu fikirdən çıxış edib, demək olar ki, Azəbaycan neftinin qiyməti ucuzlaşmaya doğru gedəcək”.