"Azərbaycanda qiymət artımının surətlənməsi rəsmi rəqəmlərlə də təsdiqlənib. Ərzaq məhsullarının, o cümlədən yumurtanın qiymətinin bahalaşması təəccüb doğurmur. Hər şey bahalaşırsa, yumurta istehsalçıları da qiyməti artırmaq məcburiyyətindədir".
Bunu "Sherg.az"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, xaricdən gətirilən yem, dərman preparatları, vaksinlərin qiymətinin yüksəlməsi maya dəyərinə təsirsiz ötüşmür:
"Kənd yumurtasının da qiymətinin qalxması təbiidir. Əhali qiymətlərin artdığını görür. Qınamaq da olmur. Onların bazara çıxardığı yumurtalar bahalaşmamalıdı deyə bir qayda yoxdur. Xərclər artır, ərzaq məhsullarının qiyməti qalxırsa,kənd yumurtası istehsalçıları bazara çıxardıqları məhsulun dəyərini yüksəldə bilərlər".
Qeyd edək ki, Azərbaycanda kənd yumurtasının qiyməti artıb. Bəzi marketlərdə yumurtanın qiyməti 40 qəpikə qədər yüksəlib.